Cəlilabadda “Mercedes” ağaca çırpılıb: Sürücü komaya düşüb

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qafqaznews  Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Ağdaş kənd sakini, 1941-ci il təvəllüdlü Cavad Qüdrət oğlu Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan C.Cavadov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı koma vəziyyətində Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR