Cənab Zakir Qaralov! Mən 4 uşaq anası, vəhabi böyütmürəm, sabahın əsgərini, namuslu vəkilini, ləyaqətli qələm əhlini böyüdürəm.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

MÜRACİƏT

Cənab Baş Prokuror!

Bir çox ölkə mətbuatı keçmiş həyat yoldaşım, Rusiya vətəndaşı, vəhabi Araz Dadaşevin mənə və 4 övladıma qarşı etdiyi dələduzluqdan və ən utandırıcı isə prokurorla məhkəmə hakimlərinin ona havadarlıq etməsindən silsilə yazılar dərc edir.

Məlumat üçün bildirim ki, Araz Dadaşev mənim etibarımdan sui-istifadə etməklə adıma olan bütün əmlakı, mülkü, torpaq sahələrini qanunsuz yolla ələ keçirəndən sonra məni və 4 övladımı evdən qovub.

7 saylı notariat kontorunun notariusu Nadir Vədətov Araz Dadaşevə saxta sənədlər vermiş, Xəzər rayon prokuroru Fəxri Ələsgərov, onun müstəntiqi Zaur Ağakişiyev, Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərov və digər yuxarı instansiya məhkəmələrinin hakimləri isə bu saxta sənədləri “qanunlaşdırıblar”.

Mənim öz adımdan Araz Dadaşevə verdiyim və ləğv etdirmiş olduğum, etibarsız etibarnamə əsasında notarius Nadir Vədətov “alqı-satqı müqavilə”ləri bilərəkdən qanunsuz təsdiqləməklə məni bütün əmlakımdan məhrum etmişdir.

Cənab Baş prokuror!

Qarşılaşdığım bütün bu qanunsuzluqlarla bağlı sizə ünvanladığım şikayətləri Xəzər rayon prokurorluğuna qaytarmısınız.

Siz güman edirsiniz ki, mənim hüquqlarımı mənimsəyən, haqqını tapdalanmış 4 uşaqla çölə atılmış ananı -Azərbaycan vətəndaşını deyil, Rusiya vətəndaşı olan vəhabini, dələduz Araz Dadaşevə havadarlıq edən Xəzər rayon prokurorluğu bəlkə tövbə edib düz yola qayıdacaq, yaxud pozulmuş bizim hüquqlarımızı bərpa edəcəklər..?

 

Cənab Baş prokuror!

Siz bütün bunların hamısını dürüst bildiyiniz halda, sizə ünvanladığım bütün şikayətlərimi yenidən Xəzər rayon prokurorluğuna qaytarırsınız.

Cənab Zakir Qaralov!

Mən bilsəydim ki, mənim şikayətimi şikayətçi olduğum orqana qaytaracaqsınız, əbəs yerə sizə müraciət etməzdim.

Görünür, 4 uşaq anası olan mən sizdən qanuni dəstək gözləməkdə yanılmışam.

Əslində mən sizə deyil, dövlət başçısı cənab İlham Əliyevə, hamının ümid yeri olan Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya müraciət etməli idim.

Cənab Baş prokuror!

Sonda sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mən təkbaşına 4 övlad tərbiyə edib böyüdürəm.

Onlara yetərincə təhsilləndirmək, ləyaqətli övladlar kimi böyütmək istəyirəm. Ki, gələcəkdə millətə, dövlətə sədaqətli əsgər olub, vətənimizin, o cümlədən mənim də, sizin də keşiyimizdə ləyaqətlə dursunlar.

Həm də çalışıram ki, oğlanlarım gələcəkdə ləyaqətli qələm əhli olaraq axıradək 4 övladıma və mənə dəstək olan Qafqaz Xəbər Agentliyinin əməkdaşları kimi vətəndaşlarımıza və yəqin ki, nə zamansa lazım olarsa sizə də dəstək olsunlar.

Çox istərdim ki, övladlarım həm də savadlı, namuslu vəkil olaraq Qafqaz Hüquq Mərkəzinin mənə verdiyi dəstək kimi, gələcəkdə hüququ pozulan hər kəsə dayaq olsunlar.

Sözün qısası, cənab Zakir Qaralov, mən bir Azərbaycan qadını olaraq sizin tabeçiliyinzdə olan bəzilərindən və vəhabiləri müdafiə etməklə ağacı içəridən yeyən qurda bənzər “oğul”lardan böyütmürəm.

Bir sözlə, cənab Qaralov, mən vəhabi böyütmürəm, Vətəninə layiq Azərbaycan vətəndaşları yetişdirirəm.

Hörmətlə,

Dadaşova Lalə Vahid qızı

Mövzuya aid linklər:

Tərlansan göydən enməzsən..?

“Notarius vəzifə cinayəti edib”

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO

Baş Notariat idarəsi istintaqı ifşa etdi..?


“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

Prokurorluq notariusa havadarlıq edir..?

4 uşaq anası təhlükəli Azərbacan vəhabiləri ilə bağlı Prezidentə ŞOK müraciət etdi

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR