Çində dolların məzənnəsi 7 aylıq minimuma düşüb

Çinin nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi 6,80 CNY/USD-dən aşağı düşüb. “Report” xəbər verir ki, son bir həftədə dollar 1,6% ucuzlaşaraq 6,90 yuandan 6,79 yuna kimi geriləyib. Qeyd edək ki, bu, 2016-cı il noyabr ayının əvvəlindən etibarən ən aşağı hədd sayılır.

Xatırladaq ki, ötən həftə “Moody’s” beynəlxalq reytinq agentliyi Çinin reytinqini son 30 ildə ilk dəfə azaldaraq “Aa3” səviyyəsindən “A1″ə endirib. Agentlik bu addımını Çinin borc yükünün yüksək olması ilə əlaqələndirib.

Analitiklərin fikrincə, Çin hökuməti ölkə iqtisadiyyatı ilə bağlı mənfi xəbərlər fonunda yuanın ucuzlaşmasına investisiya edənləri cəzalandırmaq istəyib. Bu, həmçinin digər investorlar üçün kapitallarını Çində saxlamalarını stimullaşdırıcı addım kimi qiymətləndirilir. Bununla yanaşı, yuanın möhkəmlənməsi regionlarda borc səviyyəsi xarici valyutada yüksək olan müəssisələrin maliyyə vəziyyətini yaxşılaşdıracağı bildirilir. Xatırladaq ki, yuanın möhkəmlənməsi həmçinin dünya bazarında dolların məzənnəsinin düşməsi ilə bağlıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR