Çində neft-kimya zavodunda güclü partlayış olub

Çinin şərqi Şandun əyalətində neft-kimya zavodunda güclü partlayış baş verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, xəsarət alanlar və dəyən zərərin miqyasına dair hələlik məlumat daxil olmayıb.

“Linyi Tszinyuy petrokemikal” müəssisəsi xüsusi  “Linyi linqan” iqtisadi ərazisində yerləşir. Partlayışdan sonra yanğın başlayıb.

Qəza yerinə xüsusi xidmət və hakimiyyət nümayəndələri gəlib. Hadisənin səbəbləri araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR