Bölmələr


Dəhşətli qəzada iki oğlu ilə birlikdə ölən ananın son sözü: “Amil, can bala birdən…”

Bir ana və iki qardaşın ölümünə səbəb Amil Abdullayevin sükan arxasında yatması olub.

Bunu AzNews.az-a Müsüslü kənd sakinləri ötən gecə Hacıqabul rayonunda baş vermiş və ana ilə 2 oğlunun ölümü ilə nəticələnən dəhşətli qəzadan danışarkən deyib.

Sakinlərin sözlərinə görə, ana deyildiyi kimi ağır xəstə olmayıb, sadəcə səhhətində problemlər varmış:

“Oğlanları Bakıda işləyirmiş. Ailə də onlara gəzməyə gəlirmiş. Oğlan çörək maşını sürür. Onlar lap axşam saatlarında yola çıxıblar. Sən demə sürücü yatıbmış. Ana da oğlunun yuxulamağını hiss edib. Hacıqabula çatanda ana arxada oğlunu səslənib. Deyib ki, “Amil, can bala yatıbsan? Birdən yuxulayarsan ha.” Oğlundan səs çıxmadığını görən ana bir də səsləyib. Elə bu an yatan sürücü yuxudan ayılıb. Həmin anda idarəetməni itirib və maşın korpüdən düşüb. Ana və iki oğlu həmin anda ölüb. Maşında bir də 6 yaşında uşaq olub. Əmisi onu qucaqladığından uşaq sağ qalıb. Bir balaca qolu sıyrılıb.”

Kənd sakinləri deyir ki, Abdullayevlər ailəsinin daha bir üzvü hərbi xidmətdədir: “Ananın öğlanlarından biri əsgərlikdədir. Oğlan anası və qardaşlarının ölümündən xəbərsizdir. Heç kəs cürət edib ona bu xəbəri verə bilmədi. Çox ağr bir faciədir. Dəfndə çox adamın halı pisləşib. Təcili Yardım maşınlarının sayı-hesabı yox.”

Hacıqabulda ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər, bir ana və iki oğlu ölüb, maşında olan 6 yaşlı uşaq isə xəsarət alıb. Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin Ucar rayonu, Müsüslü kənd sakinləri olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR