DÇ-2018-in seçmə qrup mərhələsində növbəti oyunlar keçirilib – NƏTİCƏLƏR

Dünən DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib.

Qafqaznews -un Apasport-a istinadan verdiyi xəbərə görə, A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib.

A qrupunda İsveç – Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub.

B qrupunun lideri İsveçrə Farer Adalarını, ikincisi Portuqaliya isə Latviyanı məğlub edib.

H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə ortabab Estoniyaya iki cavabsız qol vurub.

DÇ-2018-in seçmə mərhələsi
VI tur
9 iyun

A qrupu
Belarus – Bolqarıstan – 2:1
Qollar: Sivakov, 33, Savitski, 80 – Dyakov, 90+1

Hollandiya – Lüksemburq – 5:0
Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)

İsveç – Fransa – 2:1
Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 – Jiru, 37

B qrupu
Andorra – Macarıstan – 1:0
Qol: Rebes, 26

Farer Adaları – İsveçrə – 0:2
Qollar: Caka, 36, Şakiri, 59

Latviya – Portuqaliya – 0:3
Qol: Ronaldo, 41, 63, Silva, 67

H qrupu
Bosniya və Herseqovina – Yunanıstan – 0:0

Cəbəllütariq – Kipr – 1:2
Qollar: Hernandez, 30 – Çipolina, 10 (öz qapısına), Sotiriu, 81

Estoniya – Belçika – 0:2
Qol: Mertens, 31, Şadli, 86

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR