Deputatdan sosial şəbəkələrlə bağlı təklif: Monitorinq aparılsın

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı qadağan olunmuş dərman vasitələrinin sosial şəbəkələrdə reklam edildiyini nəzərə alaraq, bu istiqamətdə monitorinq aparılmasını təklif edib.

qafqaznews.az  xəbər verir ki, deputat Modern.az-a bildirib ki, sosial şəbəkələrdə qadağan olunmuş dərmanların reklamı aparılır ki, bu da qanunsuzdur.

“Ancaq buna qarşı heç bir addım atılmır: Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır”, – M.İbrahimqızı qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR