ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı Bakı Bəyannaməsi qəbul edilib

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının 3-cü iclasının II plenar iclası davam etdirilib.

“Report” xəbər verir ki, iclas çərçivəsində Pakistan İslam Respublikası ECO-nun yeni yaradılan Antikorrupsiya Regional Mərkəzinin üzvü olub. Bununla bağlı rəsmi imzalanma mərasimi olub.

Pakistan İslam Respubikasının Milli Hesabatlılıq Bürosunun direktoru Zakir Şah çıxışında qeyd edib ki, Pakistan hər bir ölkə ilə əməkdaşlığa hazırdır.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov bildirib ki, regionda və dünya miqyasında nüfuz qazanan ECO çərçivəsində səylərin birləşdirilməsi naminə görülən işlər davam edir: “Ümid edirəm ki, tədbir zamanı əldə edilən təcrübə və biliklər təşkilata üzv olan ölkələrin korrupsiya qarşı mübarizə işlərini yeni müstəviyə qaldıracaq”.

Tədbirin sonunda ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı Bakı Bəyannaməsi qəbul edilib.

Gələn il üçün ECO-nun analoji görüşünün hansı ölkədə olması müzakirələrdən sonra təşkilata üzv olan ölkələrə bildiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR