Filippin HHQ səhvən öz hərbçilərinə zərbə endirib: 10 nəfər ölüb

Filippinin cənubunda yerləşən Maravi şəhərində islamçı ekstremistlərə qarşı əməliyyat keçirilib, aviazərbə nəticəsində ən azı 10 hərbçi ölüb.

Qafqaznews.az bu barədə BBC-yə istinadən xəbər verir.

“Hərbçilər bizim aviazərbəyə məruz qalıblar. Biz itki vermişik, 10 nəfər ölüb, 8 nəfər isə yaralanıb”, – ölkənin müdafiə naziri Delfin Lorenzanın bəyanatında deyilir.

Yerli hakimiyyət hadisənin səbəblərinin araşdırılmasını vəd edib.

Maravidə artıq bir həftədən artıqdır ki, hərbçilər və “İslam dövləti” ekstremist qruplaşmasına aid olan yaraqlılar arasında qarşıdurma davam edir.

Yüzdən çox adamın öldüyü döyüşlər islamçıların yerli liderini saxlamaq cəhdindən sonra başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR