Əfqanıstanda məsciddə partlayış olub: Ölənlər var

Əfqanıstanın qərbindəki Herat vilayətində partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report “TOLOnews”a istinadən xəbər verir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Partlayış vilayətin inzibati mərkəzi olan Herat şəhərindəki əsas məsciddə baş verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR