İki xalaoğlu bıçaqlandı

Gəncədə dava zaman iki xalaoğlu bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında olan obyektlərin birinin qarşısında qeydə alınıb.
Məhsəti qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Emin və onun xalası oğlu, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Rzayev Elmir bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım göstərilib. Məlumata görə, Elmir Rzayev dalaşanları ayırmaq istəyib. Nəticədə qarşı tərəf hər iki xalaoğlunu bıçaqlayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR