İlqar Qurbanov “Qəbələ”yə keçməsinin səbəbini açıqladı

“Mən bunu “Qarabağ” klubunda olarkən də demişəm. Hər kəs çempion olmaq istəyər. Hazırda bu klubun futbolçusuyam. Deməli, onun uğurları üçün çalışacağam. Bu barədə duyğusallığa yer yoxdur”.

“Qarabağ” klubundan əzəli rəqibi olan “Qəbələ”yə keçidi ilə Azərbaycan futbolunun gündəmini zəbt edən İlqar Qurbanov belə deyib.

Oxu.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu modern.az-a açıqlamasında rəqib komandaya keçməsinin səbəbini açıqlayıb:

“Bu mövsüm yeddi ildir oynadığım “Qarabağ” klubu ilə müqaviləm başa çatdı və müqavilənin uzadılmasına dair yeni təklif almadım. “Qəbələ” klubu ilə ikiillik müqavilə imzaladım. İnşallah, burada yeni uğurlar qazanmaq istəyirəm. Bu klub çox böyük və iddialı klubdur. Klubun rəhbərliyindən də razıyam”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR