İNSTAQRAMIN YENİ FENOMENİ: BOY 206, ÇƏKİ 124

Kaliforniyada yaşayan 31 yaşlı idman müəllimi Denni Cons
 
Kaliforniyada yaşayan 31 yaşlı idman müəllimi Denni Cons bir gecədə sosial mediada fenomenə çevrilib.
 
myBaku.az-ın xarici KİV-ə istinadən məlumatına görə 2 metr 6 santimetr boyu, 124 kiloqram çəkisi olan Denni özü də xəbəri olmadan məşhurlaşıb. Tvitterdə bir istifadəçi onun fotosunu görərək “Adam deyil, sanki bir ağac” qeydi ilə paylaşıb. Qısa müddətdə İnstaqramda da məşhurlaşan gəncin izləyicilərinin sayı sürətlə artıb.
 
D.Cons bu haqda belə deyib:
 
“Bu, ağlasığmazdır. Bir gecə öncə hər zamankı kimi yatdım, səhər qalxanda İnstaqramda 8 min yeni təqibçim vardi”. axsam.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR