İrəvanda hökuməti titrədən qalmaqal

Raketlərə, bombalara, minalara pul tapılır, amma…

İrəvanda Dövlət Opera və Balet Teatrında “Qayane” baletinin yeni redaksiyada premyerasına gəlmiş çox saylı izləyicilər tamaşanın başlamasını görə bilmədilər.

O, baş tutmadı, çünki teatrın orkestrinin kollektivi boykot elədi. Teatrda baş vermiş “ÇP”yə həsr edilmiş təcili yığıncaqda mədəniyyət naziri Armen Amiryan orkestr işçilərindən boykotun təşkilatçılarının adını çəkməyi tələb edib. Amma orkestrin üzvləri partizan kimi susublar. İndi hər bir musiqiçidən yazılı izahat tələb edirlər, bununla bağlı hətta cinayət cəzası ilə hədələyirlər.

Teatrın kluarlarında hesab edirlər ki, boykotun əsas səbəbi aşağı maaş və sistemdə baş verən ixtisarlardır. Ermənistanda  bir çox başqa sahələr kimi mədəniyyətə də pul üyoxdur. Bu yaxınlarda KİV-lər xəbər verib ki, hökumət milli kinrstudiya “Armenfilm”in özəlləşdirilməsinə qərar verib. Bu Cənubi Qafqaz respublikasında raketlərə, bombalara, minalara pul tapılır, amma mədəniyyətə yox.

Mais Məmmədov, əməkdar jurnalist 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR