İran parlamentində atışma: Ölən var – YENİLƏNİB

İran parlamentinə hücum edənlərdən biri özünü partladıb

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

“Kamikadze İran parlamentinin dördüncü mərtəbəsində özünü partladıb”, – Mehr agentliyinin Twitter səhifəsində bildirilib.

Ölənlər və yaralananlar haqqında məlumat yoxdur.

12:18

İran Parlamentində atışma zamanı yeddi nəfər ölüb, daha dörd nəfər girov götürülüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə TASNİM agentliyi məlumat yayıb.

11:50

İran parlamentinə silahlı hücum edən dörd nəfər saxlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Müxtəlif versiyalara görə, hücum edənlərdən biri kamikadze olub, onu təhlükəsizlik xidmətinin əməkdaşları mühasirəyə alıblar.

TASNİM-in yaydığı məlumata görə, parlamentdə baş verən atışmanın iştirakçılarından biri binanı tərk edərək küçədə atəş açıb.

11:30

İran parlamentinə hücum edən dörd nəfər mühasirəyə alınıb.

Oxu.Az bu barədə İSNA-ya istinadən xəbər verir.

Agentliyin məlumatına görə, kimliyi hələ müəyyən edilməyən dörd silahlı şəxs yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 10:00) parlamentə hücum edib və mühafizə əməkdaşlarına atəş açıblar.

Hazırda hücum edən şəxslər parlament dəftərxanasında mühasirəyə alınıblar, onların saxlanılması üzrə əməliyyat aparılır.

10:46

İran parlamentinə hücum zamanı yaralanan təhlükəsizlik xidmətinin əməkdaşı ölüb.

Oxu.Az bu barədə Mehr-ə istinadən xəbər verir.

Məlumata görə, hücum edənlərdən biri saxlanılıb.

10:39

İran Parlamentində atışma davam edir, girov götürülüb.

Oxu.Az Tasnim-ə istinadən xəbər verir ki, üç naməlum şəxs “Kalaşnikov” avtomatlarından və tapançadan atəş açıblar.

İlkin məlumata görə, üç nəfər yaralanıb, yaralananlardan biri təhlükəsizlik xidmətinin əməkdaşıdır.

10:24

İran parlamentində baş verən atışma nəticəsində ən azı iki nəfər yaralanıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi “Twitter” səhifəsində məlumat yayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR