İranda iki qəbilə arasında münaqişə 22 nəfərin həyatına son qoydu

İranın cənub-qərbindəki Xuzistan əyalətində iki qəbilə arasında baş verən toqquşma nəticəsində azı 22 nəfər həlak olub.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, iki qəbilə arasında məişət mübahisəsi silahlı münaqişəyə çevrilib.

Hadisə nəticəsində onlarla sakin yaralanıb.

Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb.

Sakinlər yaşayış yerlərindən didərgin düşüblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR