İrlandiyanın baş naziri Hindistan əsilli “mavi” olacaq

2015-ci ildə qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olması barədə açıq şəkildə bəyan edən sosial müdafiə naziri Leo Varadkar İrlandiya hökumətinə başçılıq edəcək.

Oxu.Az-ın The Guardian nəşrinə istinadən məlumatına görə, əslən hindistanlı olan 38 yaşlı siyasətçi ölkə tarixində ən gənc baş-nazir olacaq.

İyunun 2-də Varadkar “Fine Gael ” hakim partiyasının lideri seçilib.
Hazırki baş-nazir Enda Kenni may ayında artıq öz istefası barədə bəyanat verib.

Varadkar 2016-cı ildə İrlandıyanın sosial müdafiə naziri vəzifəsinə təyin olunub. Bundan əvvəl o, iki il səhiyyə naziri və üç il nəqliyyat naziri vəzifəsində çalışıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR