İŞİD-in qanlı hesabatı — 163 dinc sakin qətlə yetirildi

İŞİD terrorçuları Mosuldan qaçmağa çalışan 163 dinc sakini qətlə yetiriblər.

“Ölkə.Az” xəbər verir ki, Mosulun qərbində terrorçuların əlində olan ərazidən qaçmağa çalışan şəhər sakinləri ölümlə üzləşiblər. Bu barədə Cenevrəddə BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn məlumat verib.
Məlumatda deyilir: “Dünən mənim əməkdaşlarım bu barədə məlumat veriblər. İŞİD terrorçuları şəhərdən qaçmağa cəhd edən 163 dinc sakini qətlə yetiriblər. Qətlə yetirilən kişi, qadın və uşaqların meyiti Əş-Şira kvartalının küçələrindədir”.
Qeyd edilir ki, insident 1 iyun tarixində qeydə alınıb. “Reuters” 1 iyun tarixinddə İŞİD terrorçularının əlində olan Əz-Zəncili rayonundan qaçmağa cəhd göstərən 7 dinc sakinin öldüyünü, 23 nəfərin yaralandığı barədə məlumat vermişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR