İyunun 3-ə HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18° isti, gündüz  22-27° isti, Bakıda gecə  16-18° isti, gündüz  24-26° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR