Kabildə raket diplomatik rayonda tennis kortuna düşüb

21 ölkədən nümayəndələrin iştirakı ilə işinə başlayan “Kabil prosesi” beynəlxalq konfransının keçirildiyi Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

Qafqaznews.az-ın məlumatına əsasən, bu barədə “Report” “Tolo News” portalına istinadən xəbər verir.

Partlayışın diplomatik rayonun yerləşdiyi “yaşıl zona”da raketin tennis kortuna düşməsi nəticəsində baş verdiyi müəyyənləşib.

İtkilər barədə məlumat yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR