Kanaldan meyit tapıldı – Samuxda

Samuxda su kanalında kişi meyiti aşkarlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar Sarı kəndi ərazisindən keçən Şəmkir-Samux maşın kanalından meyit  tapılıb. Təxminən 25-30 yaşlarında olan kişinin kimliyi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. Meyitin sudan çıxarılması və şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR