“Konstitusiya, qanunlar və həqiqət Qafqaz Xəbər Agentliyinin tərəfindədir”

13 mart 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə Xəzər rayon məhkəməsinin məktubu daxil olub. Məktubdan bəlli olur ki, Bakı şəhər sakini Araz Dadaşov Qafqaz Xəbər Agentliyinə qarşı iddia qaldırıb və məhkəmə iddiasına baxış hakim Tərlan Əkbərova tapşırılıb. Araz Dadaşov öz iddasında Qafqaz Xəbər Agentliyindən dərc etdiyi “Notarius məsuliyyətə cəlb olunmalıdır”, “Notariusun səhvi dörduşaqlı qadını evsiz qoydu” və “Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” məqalələrə görə, təkzib tələb edir.

Araz Dadaşov iddia ərizəsində qeyd edir ki, hakimin nəzərinə çatdırıram ki, Qafqaz Xəbər Agentliyi tərəfindən dərc olunmuş hər üç məqalə tamamilə əsassız, uydurma olmaqla, şər və böhtan xarakterlidir. Eyni zamanda Araz Dadaşov mənəvi zərər olaraq Qafqaz Xəbər Agentliyindən 100 min manat pul tutulmasını tələb edərək iddia ərizəsində qeyd edir ki, bu məqalələr Lalə Dadaşova və onun ailəsi tərəfindən sifariş edilib və mülki işlərin icraatı ilə əlaqədar məhkəmələrə təzyiq vasitəsi məqsədi daşıyır.

Xatırlatmaq üçün qeyd edək ki, iddia ərizəsində qeyd olunan məqalələrdə Lalə Dadaşova bildirir ki, ona məxsus mülkiyyət onun keçmiş əri Araz Dadaşov tərəfindən mənimsənilmişdir. Məsələ ilə bağlı Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov müxbirimizə bildirib ki, Lalə Dadaşovanın keçmiş ərinə qarşı iddia ərizəsinə məhz Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərov baxıb və ərin xeyrinə qərar çıxarıb. Bizi belə bir sual maraqlandırdı: “ Hakim məhz özü qəbul etdiyi qərarın Qafqaz Xəbər Agentliyində dərc olunmasının böhtan olub-olmadığı barədə necə qərar verə bilər?”.

Sualla bağlı hüquq müdafiəçisi Murad Sadəddinov hesab edir ki, Qafqaz Xəbər Agentliyinə qarşı iddiaya hakim Tərlan Əkbərovun baxması İnsan haqları üzrə konvensiyanın II bəndinin pozulması deməkdir: “Hər kəsin hüququ var ki, onunla bağlı işə azad, müstəqil və qərəzsiz baxılsın. Tərlan Əkbərov bu işə qərəzsiz baxa bilməz, çünki əvvəl bu işə baxıb. Əgər Tərlan Əkbərov Qafqaz Xəbər Agentliyinin ziyanına qərar qəbul etsə, siz İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərsiniz. Avropa məhkəməsi mütləq qərarı əsassız hesab edəcək, çünki hakim qərəzsiz deyil”.

Məsələ ilə bağlı Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva Qafqaz Xəbər Agentliyinə bildirdi ki, Lalə Dadaşovanın iddia ərizəsinə baxan hakimin agentliyinizlə bağlı məhkəmə işinə baxması hüquq pozuntusudur: “Qafqaz Xəbər Agentliyi başda Tərlan Əkbərov olmaqla məhkəmə heyətindən imtina edə bilər”.

Hüquq müdafiəçisinin fikrincə, hakim Tərlan Əkbərov Qafqaz Xəbər Agentliyinə qarşı şikayətə baxarkən obyektiv mövqedən çıxış edə bilməz: “ Bu isə agentlik barədə ədalətli qərar qəbul olunmaq hüququnu pozur. Avropa konvensiyası, Konstitusiya, qanunlar, həqiqət sizin tərəfinizdədir. Qafqaz Xəbər Agentliyi Tərlan Əkbərovun iddiaya baxmasına etiraz olaraq Ali Məhkəməyə protest verə bilər”.

 Rəşad Rüstəmov

Kavkaznews.az

Mövzu ilə bağlı linklər: 

“AXI, SƏN KIMSƏN, YOLDAŞ DADAŞOV ?”

“Notarius vəzifə cinayəti edib”

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO

Baş Notariat idarəsi istintaqı ifşa etdi..?


“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

Prokurorluq notariusa havadarlıq edir..?

4 uşaq anası təhlükəli Azərbacan vəhabiləri ilə bağlı Prezidentə ŞOK müraciət etdi

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR