“Kristal Abşeron”da faciə – Fəhlə öldü

Səbail rayonuda tikilməkdə olan binada fəhlənin başına taxta parçası düşüb.
Qafqaznews “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Salyan yolu 22-də yerləşən “Kristal Abşeron” MMC-yə aid tikilidə baş verib.
Güclü külək nəticəsində taxta parçası orada işləyən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Nizaməddin Adil oğlu Məmmədovun başına düşüb. 20 yaşlı işçi oradaca vəfat edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR