Məktəb direktorunun oğlunun maşını bu hala düşdü – Özü xəstəxanadadır

Bu gün Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, şəhərin mərkəzindəki Nizami küçəsində iri gövdəli ağac 1987-ci il təvəllüdlü Əliyev Rəvan Ramiz oğluna məxsus “Nissan Teana” markalı avtomobilin üstünə aşıb. Nəticədə sürücü ağacın altında əzilən maşının içində qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.
Ətrafdakı insanların köməkliyi ilə o, maşından çıxarılıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən Rəvan Əliyev Mingəçevir şəhər 14 saylı orta məktəbin direktoru Ramiz Əliyevin oğludur. Onun vəziyyəti orta-ağırdır. Avtomobil isə yararsız vəziyyətə düşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR