Mərkəzi Bankın depozit hərracında tələb təklifi üç dəfə üstələdi

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti depozit hərracı keçirilib.

Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir ki, hərracın nəticəsində bağlanmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Bildirək ki, hərracda tələb təklifi üç dəfədən çox üstələyib. Belə ki, tələb 608,8 mln. manat olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR