Məşhur idmançı avtomobilində huşsuz vəziyyətdə aşkarlandı – VİDEO

Amerikalı ulduz qolfçu Tayqer Vuds Floridadakı evinin yaxınlığında avtomobilində huşsuz vəziyyətdə aşkarlanıb.
Qafqazinfo xəbər verir ki, idmançı harada olduğunu bilməyib və ayaq üstə durmaqda çətinlik çəkib.
Vuds polislərə həkim resepti ilə istifadə etdiyi bir neçə dərmanın onda əks təsir yaratdığını söyləyib. Alkotester nəticəsində Tayqer Vudsun sərxoş olmadığı müəyyən edilib.
Polis avtomobilinin kamerasına düşən görüntülərdə idmançının düz xətdə yeriyə bilmədiyi görünür. Əlləri qandallanan idmançı araşdırma aparılması üçün polis idarəsinə aparılıb.
Qeyd edək ki, bütün zamanların ən güclü qolfçusu hesab edilən 41 yaşlı idmançı, uzun müddət ən çox qazanan idmançıların siyahısına liderlik etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR