Mançini rəsmən “Zenit”də

Roberto Mançini Rusiyanın “Zenit” klubunun baş məşqçisi təyin olunub.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Fiorentina”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdırmış 52 yaşlı Mançini son olaraq Milan “İnter”inin baş məşqçisi olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR