Meksikada həbsxana direktoru qətlə yetirildi

Meksikanın Qerrero ştatında həbsxana direktoru naməlum şəxslər tərəfindən oğurlanaraq qətlə yetirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizliyin koordinasiyası üzrə qrupun nümayəndəsi Roberto Alvares Erediya bildirib.

Qətlə yetirilən şəxsin yaxınlarının sözlərinə görə, quldurlar Moyses Çopin Mesanın evinə gecəyarısı soxulublar, onu döyüb və naməlum istiqamətdə aparıblar. Onun oğurlanmasından dərhal sonra federal və yerli hüquq-mühafizə qüvvələri irimiqyaslı axtarış əməliyyatına başlayıblar. Amma bu əməliyyat heç bir nəticə verməyib. Bir müddət sonra boynundan yaralanmış kişi meyiti tapılıb, bu oğurlanan Çopinin olduğu məlum olub.

Qerrero ştatı Meksikada ən təhlükəli ştatlardan biridir, buna səbəb ABŞ-a narkotik tranzit edən cinayətkar qruplar arasındakı gedən müharibədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR