“Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxs tutulub

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edərək Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyulması barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dərhal müvafiq tədbirlər  görülüb, lakin məlumat təsdiqini tapmayıb. Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR