Əmlak bazarında məhdudiyyətsiz İpoteka Fürsəti

Müasir zamanda mənzil bazarı daima inkişaf etməkdədir.

Bu inkişafa səbəb olan əsas faktorlardan biri də əmlakın digər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılmış yatırım vasitəsi olaraq qalması və mövcud tikinti şirkətləri arasındakı rəqabətin  artmasıdır.

Güclü rəqabətin müşahidə olunduğu əmlak bazarı yeni şirkətlərin və layihələrin bazara daxil olması ilə alıcılara geniş seçimlər təqdim edir.

Tikinti şirkətləri alıcılara təqdim etdikləri bir-birindən fərqlənən layihələrlə yanaşı, endirim kampaniyaları, hissəvi ödənişlər, 15-20 il ərzində ödəmə imkanı olan ipoteka şərtləri də təklif edirlər.

İpoteka mənzil sahibi olmanın ən effektiv yolu kimi kifayət qədər vəsaiti olmayan alıcılar üçün ipoteka kreditləşməsindən istifadə edərək uzun illər vəsait yığmadan mənzil sahibi ola bilmək imkanını təmin edir.

Həmçinin uzun müddətə verilən ipoteka kreditləri ailə büdcəsinə təsir etmədən aylıq ödənişləri planlaşdırmağa imkan verir. İpoteka vasitəsi ilə mənzil alışı pul yığımının alternativ variantıdır.

Tikinti şirkətləri tərəfindən Azərbaycanın mövcud əmlak bazarında ekonom və biznes klass üzrə ipoteka ilə satışa alternativ olaraq daxili kredit və hissəvi ödənişli təkliflər daxil olub.

Mövcud ekonom və biznes layihələri çərçivəsində bank ipoteka təkliflərinin böyük əksəriyyəti məhdud təkliflərdir ki, müştərilər yalnız seçilmiş mənzilləri ipoteka yolu ilə əldə edə bilərlər.

Premium Klass mənzillər üzrə yalnız “Vurğun Residence” Yaşayış kompleksi müştərilərə məhdudiyyətsiz, istədikləri mənzili seçməklə ipoteka ilə mənzil sahibi olmaq fürsətini təmin edir.

Belə ki, 20 il müddətinə, ilkin ödəniş minimal 10% olmaqla əmlak bazarında hazır və təmirə verilmiş “Vurğun Residence” yaşayış kompleksində məhdudiyyətsiz ipoteka imkanından yararlanmaqla mənzil əldə etmək mümkündür.   oxu.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR