Müğənni İrina Bilıkın konsertində qarşıdurma baş verib – FOTO + VİDEO

Odessada ukraynalı müğənni İrina Bilıkın konsertində fəallar və polislər arasında baş verən qarşıdurmadan sonra iki cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə  Odessa polisinin mətbuat xidmətinə istinadən “112 Ukrayna” telekanalı məlumat yayıb.

“Bir qrup fəal tədbirə gələn tamaşaçıların mühafizəsini təmin edən  polisləri davaya təşviq ediblər. Onlar həmçinin bir-birini itələyib, söyüş söyüb və tədbir işçilərini təhqir edərək onlara yumurta da atıblar”, – deyə polis idarəsindən bildirilib.

Mətbuat xidmətində əlavə ediblər ki, tamaşaçılar arasında azyaşlı uşaqları ilə gələn qadınlar da olub.  

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR