Natiq Əliyevlə vida mərasimi başlayıb – YENİLƏNİB + FOTO

Mərhum nazir Natiq Əliyevlə vida mərasimi başlayıb.

Oxu.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, nazirin cənazəsi Heydər Məscidində yuyulduqdan sonra Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Rəsmi vida mərasimi saat 12.00-dan 14.00-a kimi davam edəcək.

Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.

Qeyd edək ki, N. Əliyev ötən gün Türkiyədə vəfat edib.

11:00

Müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. O, iyunun 8-də İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

9:45

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

9:00

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə,  onunla vida mərasimi bu gün keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftəsonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun  “Florence Nightingale” xəstəxanasında vəfat edib.




  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR