Nazirlikdən rəzalət: Dəlilik kağızı olan “qoçu” müəllimə iş başında – ÖZƏL

Göyçay 5 nömrəli orta məktəbin Aytəkin adlı tarix müəlliməsi 5 ci sinif şagirdini döyüb.

Qafqaznews xəbər verir ki, atasının unikal.org-a verdiyi məlumata görə, tarix müəlliməsi onun qızı Xasməmmədli Aysunu nalayiq ifadələrlə təhqir etdikdən sonra döyərək xəsarət yetirib:

“Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. Şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü nümayiş etdirib.
Ailə üzvlərimiz bu gün etirazlarını bildirib şikayət edəcəklərini dedikdə müəllimə cavab verib ki, “Hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var”. Anası uşağı tibbi ekspertizadan keçirməyə aparırlar”.

Bu faktın özü bir sıra müəmmalara yol açıb. Necə olub ki, dəlilik kağızı olan bir adama məktəbdə işləməyə icazə verilib? Təhsil Nazirliyi və təhsil şöbəsi hara baxıb? Bu suallar açıq qalıb.

Elnur İsmayılov bir neçə aydır ki, Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Ancaq onun etdiyi qanunsuzluqlar, özbaşınalıqlar bütün valideyinləri boğaza yığıb.

Bayram, tədbir, keçirmə adı ilə, süpürgə pulu, iməcilik və sairə səfeh bahənələrlə məktəblərdə şagirdlərdən tez-tez pul yığılır. Pul verməyən müəllimlərin dərs saatları azaldılır, pul verən savadsız müəllimlərin isə dərs saatları çoxaldılır.

Fənn kabineti, dərsdən sonra əlavə məşğələyə ayrılan pullar təyinatı üzrə xərclənmədən talan edilir. Demək olar ki, Elnur İsmayılov az bir vaxtda Göyçay rayon təhsilini tamamilə iflic edib.

Ulus.Az xəbər verir ki, dəlilik kağızı olan müəllimə məktəbdə qoçuluq edir, şagirdi döyür, təhsil şöbəsi və nazirlik susur.

Dəlilik kağızı olan bir şəxsin məktəbdə işləməsi dəhşətli cinayətdir. Azərbaycanda saxta “dəlilik kağızları” alaraq cəmiyyətdə qanunsuz əməllər törədən şəxslərin sayı xeyli artıb.

Bəzi insanlar saxta yolla əldə etdikləri “dəlillik kağızı”ndan istifadə edərək cəzadan yayınmağa çalışırlar.

Heç kimə cinayət işləmək hüququ verilmir. “Dəlilik kağızı” olan şəxs o demək deyil ki, hüquqi sistemin çərçivələrindən kənara çıxmalıdır.

Bəzi şəxslərə saxta olaraq verilən bu sənədlər mütləq aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. Bu, çox ciddi məsələdir.

Çünki belə sənədlərdən istifadə edərək qanunsuz əməllər törədən şəxslərin sayı bu gün kifayət qədərdir. Saxta yolla əldə edilən sənədlər insanları cinayət məsuliyyətindən yayındıra bilməz.

Əgər qanuni xəstəlik kağızları olan şəxslər varsa, onlar qanunvericliyə uyğun olaraq müalicə almalıdırlar. Əksə təqdirdə cinayət törədən şəxs kimliyindən aslı olmayaraq cəzasını çəkməlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR