“New York Post”: ABŞ-da jurnalistlərin təqibinə icazə verildi

ABŞ-ın Ədliyyə Nazirliyi Ağ evdən məlumat sızması ilə əlaqədar araşdırma çərçivəsində bir sıra jurnalistlərin elektron təqibinə dair order alıb.

Oxu.Az xəbər verir ki, bu barədə mənbəyə istinadən “New York Post” qəzeti yazır.

Məlumata görə, təqib obyektinə çevrilən jurnalistlər məxfi məlumatları yayan şəxsdən informasiya alıb.

Mənbənin məlumatına görə, administrasiyada bu şəxsin hazırda ehtiyatda olan, vaxtilə kəşfiyyat xidmətində yüksək vəzifə tutan hərbçi olduğunu hesab edirlər.

Həmin şəxsin prezident Barak Obamanın administrasiyasının gedişindən sonra Ağ evdə qalan insanlardan məlumat aldığı ehtimal edilir. Mənbə qeyd edir ki, söhbət xidmətdən kənarlaşdırılan və ya yaxın günlərdə işdən azad ediləcək üç əməkdaşdan gedir.

Daha öncə ABŞ prezidenti Donald Tramp Ağ evdən məlumat sızmasının qarşısını almaq üçün xüsusi qərargahın yaradılması ilə məşğul olmaq niyyətini bəyan etmişdi.

N.О.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR