Növbəti hakim öz ölkəsini rüsvay etməyə hazırlaşır?

 31 avqust 2016-cı il tarixdə “LEGION.AZ” saytında “Hakim öz ölkəsini rüsvay etdi” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, avqustun 1-də Nəsimi Rayon Məhkəməsində Rəşid Səmədovun sədrliyi altında Anar Allahverdiyevin nümayəndəsi Xaqani Musayevin “Qaynar Media” MMC, “Qaynar.info” və “Teref.info” saytlarına qarşı iddia ərizəsinə baxılıb.

İddiaçı öz ərizəsində 7 iyun 2016-cı ildə teref.info saytında dərc olunan “Anar Allahverdiyev kimdir?” başlıqlı yazının həqiqətə uyğun olmayan hesab ediməsi, bu KİV-lərin təkzib dərc etməsi, eləcə də cavabdehlərdən 50 min manat tutularaq iddiaçıya ödənilməsini tələb edir.

Cavabdeh tərəflərin nümayəndləri bildiriş göndərildiyi halda məhkəmə iclasında iştirak etməyiblər. Məhkəmə kollegiyası qərardad çıxarıb ki, işin baxıldığı ərəfədə “Qaynar Media”, “Qaynar.info”, “Teref.info” və digər KİV-lərə iddiaçı barədə istənilən informasiyanı dərc etmək qadağan olunsun. Hakimin bu qərarı ölkə ictimaiyyəti və KİV nümayəndələri tərəfindən çox kəskin etirazla qarşılandığı üçün hakimin qərarı ləğv olundu.

20 may 2017-ci il tarixdə isə «LEGION.AZ” saytında “Qafaz Xəbər Agentliyi istinadla verdiyi xəbər görə məsuliyyət daşımır” başlıqlı məqalə dərc olunub. Məqalə “Yapı Kredi Bank” QSC-nin “Qafqaz Xəbər Agentliyi” MMC barəsində yayılan məlumatın həqiqətə uyğun olmaması və işgüzar nüfuza zərər vuruması iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciətindən bəhs edir. İddia ərizəsinə əsasən Qafqaz Xəbər Agentliyinin “Yapı Kredi Bank” barəsində yaydığı informasiya həqiqətə uyğun deyil və bankın işgüzar nüfuzuna zərər vurub.

Xatırlatma üçün bildirək ki, Qafqaz Xəbər Agentliyinin istinadla dərc etdiyi yazılar digər saytlarda dərc olunub. «Yapı Kredi Bank»-ın iddia ərizəsi Nərimanov rayon məhkəməsinin hakimi Abbas Əliyevə tapşırılıb. Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvləri Yadigar Məmmədli və Azər Həsrət bildirib ki, başqa saytların materialını istinadla dərc etdiyinə görə, Qafqaz Xəbər Agentliyi heç bir məsuliyyət daşımır.

Əgər Qafqaz Xəbər Agentliyi heç bir məsuliyyət daşımırsa, Nərimanov rayon məhkəməsinin hakimi Abbas Əliyev «Yapı Kredi Bank»-ın iddia ərizəsini necə icraata götürüb..? Məsələ ilə bağlı vəkil Fariz Namazlı Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “KİV haqqında” qanunun 62-ci maddəsinə görə, başqa KİV-də dərc olunan və təkzib olunmayan məqalənin təkrar dərcinə görə agentlik məsuliyyət daşımır və məsuliyyət tam olaraq ilkin mənbənin üzərinə düşür.

Müxbxirimizin “Onda Nərimanov rayon məhkəməsinin hakimi Abbas Əliyev iddia ərizəsini necə icraata götürüb..?” sualına Fariz Namazlı belə cavab verdi: “ Əgər iddia ərizəsi qanunauyğun tərtib olunubsa, hətta səhv olsa belə, hakim mütləq iddianı icraata götürməli və irəli sürülən ittihamları araşdırmalıdır. Əgər araşdırma zamanı bəlli olsa ki, ilkin mənbə başqa agentlikdir, onda hakim cavabdehin dəyişdirilməsini təklif etməli və ilkin mənbə barəsində qərar qəbul etməlidir”.

 Məsələ ilə bağlı vəkil Ramiz Zeynalovun da fikirlərini öyrəndik. O, Qafqaz Xəbər Agentliyinə bildirdi ki, əgər hakim iddianı icraata götürübsə, bu o demək deyil ki, iddianı təmin edir. Müxbirimizin “Hakim Abbas Əliyev nə üçün iddianı icraata götürüb?” sualını Ramiz Zeynalov belə cavablandırdı: “ Hakim iddia ərizəsinə baxışdan iki halda imtina edə bilər: iddiaçı məhkəmə iclasına gəlməsə və ya iddiaçı öz ərizəsini geri götürsə. Əgər iddia ərizəsi zəruri qaydalara uyğun tərtib olunubsa, onda hakim 2 həftə müddətində mütləq iddia ərizəsini icraata götürməlidir”.

Müxbirimizin “Nərimanov rayon məhkəməsinin hakimi Abbas Əliyev bu iddia ərizəsini təmin edə bilərmi?” sualına vəkil Ramiz Zeynalovun münasibəti belə oldu : “ Yox. Çünki iddia asaslandırılmayıb”.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az

Mövzu ilə bağlı linklər:

Mətbuat Şurası İdarə Heyətinin üzvü: ”Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

“Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

“Mən bunu jurnalistikanın təqib olunması kimi qiymətləndirirəm”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR