Obama Vaşinqtonda kirayə qaldığı evi 8 milyon dollara alıb

ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel prezidentlik müddəti bitdikdən sonra Vaşinqtonun dəbdəbəli rayonunda kirayə qaldıqları evi 8,1 milyon dollara alıblar.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Sabiq prezident və xanım Obamanın ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha ağlabatandır”, — deyə Obamanın nümayəndəsi Kevin Lyuis telekanala bildirib.

Məlumata görə, evdə 9 yataq otağı və 8 vanna otağı var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR