Obamanın qızının əsl adı internet istifadəçilərini təəccübləndirdi

İnternet istifadəçiləri ABŞ-ın sabiq prezidenti Barak Obamanın kiçik qızı Saşanın əsl adının Nataşa olduğuna təəccübləniblər.

Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

“Ashley C. Ford” nəşrinin jurnalisti bir il bundan öncə qızın əsl adını öyrəndiyini xatırladıqdan sonra Twitter-də  qızğın müzakirə başlayıb. Tvitə şərh yazan istifadəçilər bu haqda ilk dəfə eşitdiklərini və təəccübləndiklərini yazıblar.

Saşanın əsl adı haqqında tvit 2,5 min like yığıb. Resurs qeyd edir ki, qız bunu heç vaxt gizlətməyib, bir neçə nəşr daha öncə onu Nataşa adlandırıb, amma bu detala çox az adam diqqət edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR