Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO

Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür. Bu tədbir hər halda uzun illər xatırlanacaq. İlk dəfə idi bu müsabiqəyə ev sahibliyi edən Azərbaycan həmin günlər dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdı.

Amma möhtəşəmliyi ilə yadda qalan “Eurovision-2012” müsabiqəsinin hələ də hər kəs üçün qaranlıq qalan başqa bir tərəfi də var. Bu da yarışmaya gələn alman turistlərin azərbaycanlı qaçqınlara hədiyyə olaraq gətirdiyi maşınlardır…

Belə ki, “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 500-ə yaxın avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar.Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə üçün verdikləri avtomobillər Şuşa rayon icra başçısı Bayram Səfərov tərəfindən əl altdan satılır. BakuPress Milli İnformasiya Agentliyinin apardığı araşdımalar zamanı məlum olub ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri B.Səfərov biçarə qaçqınların hədiyyəsinədə göz dikib. Bunuda bəhanə gətirirlər ki,guya maşınların sənədləri olmadığı üçün heç bir məcburi köçkünə verilə bilməyib.Videodan amma görürnür ki,Səfərovun əlaltıları 300 manata sənəd işini həll edib,bu maşınları necə satır.

Qeyd edək ki, 500-ə yaxın maşının taleyinin necə olacağı, daha doğrusu, sonda kimin cibini “oxşayacağı” BakuPress.Az saytının əməkdaşları aşkar etdilər.Ötən saytımızda verdiyimiz yazıdan göründüyü kimi adı çəkilən insanlar hələdə verdiyimiz suallara cavab tapa bilmir və bizdən qaçırlar.Bir daha deyim ki,aidiyyəti orqanlar bu məsələni ciddi araşdırmalıdır biz Agentlik olaraq bu məsələdə xalqın malını yeyənlərin qanuni cəzasını tələb edirik.Bayram Səfərov bilməliydi ki,bu beş ildə maşınları 500 məcburi köçkün ailəsinə verilsəydi neçə ailə dolanacaqdı.Amma Səfərov əfsuslar olsun ki,köçkünün deyil öz cibinin hayındadır.B.Səfərov unutmamalıdır ki,prezident onu vəzifəyə köçkünün hədiyyəsini yeməyə yox,xalqın problemini həll etməyə təyin edib.Qısası yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır.Videomateralı sizə təqdim edirik. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR