Prezident Lənkəranda qəzalı vəziyyətdə olan binaların təmirinə pul ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR