Prezident Zaqatalada yol tikintisinə 4,4 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR