İŞİD terror qruplaşmasının yaraqlılarının sayı təxminən 80 min nəfərdir, onlardan 30 mini dünyanın 80 ölkəsindən, o cümlədən Rusiyadan olan muzdurlardır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stounun “Showtime” telekanalında yayımlanan film üçün verdiyi müsahibəsində bəyan edib.
Sözügedən müsahibə 2015-ci ilin iyulundan 2017-ci ilin fevralınadək olan müddət ərzində lentə alınıb.