Qəddafinin ərəb dünyasının bu günü haqqında şok sözləri: “Onlar sizi dilənçi edəcəklər”

Ərəb dünyasında yaşananlar bu gün bütün planetin diqqət mərkəzindədir. Ona yaxın ərəb dövləti eyni soydan, eyni kökdən olan Qətərə qarşı sanksiya tətbiq edir və bunu nə iləsə əsaslandırırlar. Hadisələrdə təklənən dövlətin nə qədər günahkar olub, olmadığını yalnız siyasi şərhçi və analitiklər bilərlər. Biz isə başqa məsələdən danışacağıq.

2011-ci ilin payızında xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muammer Qəddafi ərəb dünyasının düşəcəyi bu günü ölümündən əvvəl bilirdi. Doğrudur, o da dictator idi və müsbət cəhətləri ilə yanaşı, diktatorlara xas olan mənfilikləri də az deyildi. Lakin xaricdən gələn fitnənin ölkəsini, millətindən olan başqa dövlətləri dğaıtdığını əvvəlcədən bilirdi. Bunu özünün vəsiyyətində də yazırdı.

Moderator.az xəbər verir ki, Qəddafinin ölümü, ömrünün son günləri  ilə bağlı xeyli fərqli versiyalar olsa da, vəsiyyət yazması sir deyil.

Vəsiyyətin ölümündən 3 gün öncə yazılması iddia olunur. Həmin vəsiyyət Qəddafinin 3 qohumuna göndərilib. Onlardan biri öldürülüb, digəri qaçıb, üçüncüsü isə həbs edilib. Vəsiyyət də məhz həmin həbs edilən şəxsdən tutulub. Öz vəsiyyətində Qəddafi onun doğma şəhəri olan Sirt şəhərində müsəlman adəti ilə öz valideynlərinin yanında dəfn edilməsini bildirib. Eyni zamanda ölümündən sonra ailəsinin, xüsusən qadın və uşaqların Liviya xalqı tərəfindən qorunmasını xahiş edib. “Xarici müdaxiləyə qarşı mübarizəni və müharibəni dünən, bugün və sabah davam etdirək. Mübarizəmizdə qələbəni asanlıqla qazanmasaq da, gələcək nəsillərə Vətəni qorumağın ən böyük şərəf, vətəni satmağın ən böyük günah olacağı dərsinin verəcəyik. Sizi əksinə inandırmağa çalışanlara aldanmayın”.

“Hazırda mən Afrikanın kiçik oğlu Obamanın hücumuna məruz qalmışam. O bizim müstəqilliyimizi, pulsuz təhsilimizi, pulsuz səhiyyəmizi, pulsuz evlərimizi “kapitalizm” adlanan quldur sistemə çevirmək istəyir. Onlar bilməlidirlər ki, mən xalqımız azadlığı üçün son nəfəsimə qədər vuruşmağa hazıram. Ulu Tanrı, bizi vicdanlı və azad qalmağımıza yardım et.
40 il, əslində  bəlkə də  daha çox, heç dəqiq yadımda da deyil, mən əlimdən gələn hər şeyi edirdim, əlimdən gələn hər şeyi edirdim ki, insanlara evlər,  məktəblər xəstəxanalar verim (verə  bilim). Onlar ac olanda onlara yemək də verirdim. Mən Benqazi ətrafındakı səhralığı kənd təsərrüfatı  üçün istifadəyə  yararlı  bir vasitəyə çevirdim. O mənim mənəvi  qızımı öldürəndə, mən kovboy Reyqanın bombalarının altında dayanmışdım.  O,  məni öldürməyə çalışırdı amma mənim əvəzimə günahsız uşağı ölürdü. Mən  onda  Afrikada  yaşayan  bacı və qardaşlarıma Afrika Birliyinin  qurulması  üçün  maddi  kömək edirdim. . Milli komitələri  bizim  ölkənin hər yerində yayaraq, mən, insanların əsl demokratiyanın mahiyyətini anlamaları üçün əlimdən gələn hər şeyi edirdim”.

Qəddafi vəsiyyətinin sonunda  ABŞ-ın və Qərbin demokratiya fırıldağına aldanan xalqına acıqlanıb və acıyıb:

“Onlar bu sözlərə heyrətlənmişdilər. Halbuki, anlamırdılar ki, Amerikada nə pulsuz dərmanlar, nə pulsuz xəstəxanalar, nə pulsuz yaşayış evi, nə pulsuz təhsil, nə pulsuz qida verilir Yalnızca dilənçilik və uzun növbələrdə gözləməklə pulsuz nəsə əldə edə bilərdilər”.
“Mən ölmək istəmirəm, amma əgər bu mənim torpağımı, xalqımı,minlərlə adamı, bütün uşaqlarımı  xilas etmək üçün lazımdırsa, onda  qoy belə olsun. Onlara görə onları xilas etmək üçün ölərəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR