Qətər əmiri Türkiyəyə səfərini təxirə saldı

Qətər əmiri Tamim bin Həməd əl-Tani Türkiyəyə səfərini təxirə salıb.

Qafqaznews  Trend -ə istinadən xəbər verir ki, bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır.

Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışaraq iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR