“Qafqaz Xəbər”-in əməkdaşı “Azərsun”un təşkil etdiyi “media tur” barədə yazdı

Son günlər mətbuatda mal əti konservlərinin mənşəyi bəlli olmayan ətlərdən hazırlandığı barədə məlumatlar yayımlanıb.

“Azərsun Holdinq” bu xəbərlərin əsasız olduğunu sübut etmək, media mənsublarını “Qafqaz” konserv zavodundakı iş prosesi ilə əyani tanış etmək üçün zavoda media tur təşkil edib. Və media tura Qafqaz Xəbər Agentliyi də dəvətli idi.

Qafqaz Xəbər Agentliyinin əməkdaşı öz səfər təəssüratını agentliyin oxucuları ilə bölüşür:

“Qonaqları zavoda aparmaq üçün Azərsun Holdinq tərəfindən xususi avtobus tutulmuşdu. 13.06.2017-ci il tarixdə səhər 9.00 da media nümayəndələri, jurnalistlər yola düşdük.

Bizimlə birgə media turda iştirak edən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu kimi səfərlərin mütəmadi təşkil olunduğunu dedi.

Bizi zavodun rəhbərliyi yüksək səviyədə qarşıladı və zavodun iş prosesi ilə tanış olmağı təklif etdi.

Media nümayəndələri istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı, qablaşdırılması prosesi, ətin xarici ölkələrdən alındığı, istifadə üçün olunan halal sertifikatı və zavod daxilində fəaliyyət göstərən, ən yüksək avadanlıqlarla təchiz olunan laboratoriya yoxlamaları ilə tanış olduq.

Bizə bildirildi ki, zavod yarandığı gündən indiyədək yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir.

“Qafqaz” Konserv Zavodunda emal olunan halal sertifikatlı ət, Ukraynadan alınır. Yerli istehsalçılardan yalnız yerli meyvə-tərəvəz qəbul olunur, o da seçilmiş və keyfiyətli meyvə-tərəvəz.

“Həqiqətəndə belə idi. Biz orda olarkən zavoda bir maşın albalı gəldi və biz yaxınlaşıb baxdıq. Hamısı seçilmiş, keyfiyətli meyvələr idi. Sonra meyvə-tərəvəz konservlərinin istehsalı və qablaşdırılması ilə tanış olduq. “Qafqaz” Konserv Zavodunda yaradılan müasir və son model texnologiyalar, yüksək keyfiyyətli məhsulların istehsalına imkan verir. Zavodda həmçinin xammalın girişindən istehsalına qədər bütün mərhələlərdə yüksək nəzarət mexanizmi mövcuddur. Bir sözlə, bu media tur məndə və turda iştirak edən bütün jurnalistlərdə xoş təəssürat və zavodun məhsullarının yüksək keyfiyətinə inam yaratdı”.

Bütün bunlara görə, “Azərsun Holdinq” və “Qafqaz” Konserv Zavodunun rəhbərliyinə agentliyimiz adından minnətdarlığımı bildirirəm”.

Sənan Məmmədli

Qafqaznews.az



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR