Qardaş bacısını qəbiristanlıqda bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az-ın report-a istinadən  verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Hüseynova Elnurə Məhəmməd qızı qardaşı tərəfindən Binəqədi qəsəbəsində yerləşən qəbiristanlığa aparılaraq bıçaqlanıb.

O, qarın və kürək nahiyələrindən 6 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR