Şəhidimizin qisası üçqat alındı

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ zonasında üç erməni hərbçisi məhv edilib.

Turkustan.info-nun xəbərinə görə, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyunun 16-da, axşam saat 18:00 radələrində Azərbaycan ordusunun qumbaraatanlardan açdığı atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Matinyan Araik Rudikoviç (1997-ci il təvəllüdlü), Petrosyan Viqen Jirayroviç (1997) və Sarqsyan Vardan Çovakoviç (1997) ölüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün təmas xəttində erməni təxribatının qarşısını alarkən ordumuzun əsgəri Sultan Niyaz oğlu Şahvələdovun şəhid olduğunu açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR