Şəkərdən imtina edib 70 yaşında inanılmaz görünüşə sahib oldu- FOTOLAR

Avstraliyalı xanım Karolin Kartç məşhur Femail jurnalının manşetində yer alan fotoları ilə hamının marağına səbəb olub.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Karolin 70 yaşında olmasına rəğmən heç kim ona bu yaşı vermir. Karolinin bur sirri qadınların marağına səbəb olub. Məlum olub ki, Karolin birdəfəlik olaraq şəkərdən istifadədən imtina edib.
28 il əvvəl şəkərdən imtina edən qadının dərisi parlaq olmağa başlayıb. Bununla belə o, gözəl bədən quruluşuna da sahib ola bilib. Həmin vaxdı bədənində artıq çəkilərin olduğunu deyən qadın araşdırmaya başlayaraq kitablar oxumağa başlayıb. Uzun bir araşdırmadan sonra şəkərdən imtina etməyi kəşf edib.
O vaxtdan xanım Karolin meyvə və tərəvəzlərdən bol-bol istifadə etməyə başlayıb. Nəticədə Karolin yaşından çox-çox gənc görünməyi bacarıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR