Şəmkirdə oğul anasını bıçaqlayıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Qafqaznews APA-ya istinadən xəbər verir ki, rayonun Posanlı kənd sakini, 1973-cü il təvəllüdlü Cavadova Nəzakət Əli qızı bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası və kəllə-beyin travması xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadın əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, N. Cavadova ruhi xəstə olan oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR