Saatlı və Qubada ev yanıb

Bu gecə Saatlı və Qubada yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.
Quba rayonu, Susay kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan ikimərtəbəli (hər mərtəbəsi 100 m2 olan) mansard tipli evin yanar konstruksiyaları 180 m2 sahədə yanıb. 1-ci mərtəbədə 1 otaq yanğından mühafizə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR