“Sabah mən ağzımın danışığını bilmərəm, bunun heç kəsə aidiyyatı yoxdur” – Pərviz Bülbülə – VİDEO

“Mən meydanlar gördüm, çəkindiyim yoxdur”

“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı meyxanaçı Pərviz Bülbülə olub.

Pərviz ilk olaraq söhbətə “Meyxanaçılar son zamanlar məşhurlaşmağın yolunu paralel olaraq, həm də mahnı oxumaqda görürlər” sualına verdiyi cavabla başlayıb:

“Niyə görə estrada janrına müraciət edəndə, musiqiyə müraciət edəndə meyxana bu qədər sevilir? Çünki həmin dinləyicilərin əksəriyyəti musiqiyə, estradaya meyillidirlər. Biz tək meyxanasevərlər üçün edə bilmərik bu sənəti. Çalışırıq ki, Azərbaycanın hər bir sahəsi bu meyxanaya qulaq assın. Azərbaycanın elə bir təbəqəsi yoxdur ki, meyxananı dinləməsin və sevməsin”.

Bu xalq meyxananı yeri gələndə musiqi qatmasan da, qəbul edir. Müəyyən bir kütlə var ki, onlara bu cür lazımdır”.

Bir müddət əvvəl vulqar kəlmələrin bol-bol istifadə edildiyi meyxanalar bu sahəni insanların gözündən salsa da, Bülbülə bu fikirlə tam razı olmadığını söyləyib:

“Bəzi qabarıq fikirlər tək meyxanada deyil. Repdə də var, mahnıda da var, hər yerdə var. Hər zaman elə həmin fikirləri meyxanada tuturlar. Nə olsun ey, kimsə söyüş söyürsə, o demək deyil axı, bunun boynuna yıxmaq lazımdır ki, meyxana bax elə bu cürdür. Bizdə belə bir xasiyyət var ki, nəyinsə pisindən yapışırıq. Yaxşını görmürük. Kim nə edirsə, özü üçün edir. Mən sabah nəsə edərəm, ağzımın danışığını bilmərəm, qabarıq şəkildə nəsə deyərəm, o, mənim qüsurumdur. Bunun heç kimə aidiyyatı yoxdur”.

Öz istedadını hiss etdikdən sonra üzərində çalışıb bugünkü məşhurluğu qazanan Pərviz hər şeyin birdən-birə ortaya çıxmadığını dilə gətirib:

“İnsan zəhmət çəkməlidir. İnsan zəhmətinin bəhrəsini görməlidir. Özümdə istedadı hiss etdikdən sonra yavaş-yavaş öz üzərimdə çalışdım. Mən meydanlar gördüm. Bizim əsas yorğunluğumuz psixoloji yorğunluqdur”.

Pərviz, bəs bu meyxana meydanında sözünün kəsərindən ehtiyat etdiyin kimlərsə varmı?

“Hamının Allah canını sağ eləsin. Hamı qəsəng meyxana deyir. Mənim həmkarlarım, ətrafımda olanlar. Çəkindiyim yoxdur. Çəkindiyim meyxana deyə bilməyəndir. Meyxanadan xəbəri olmayan çıxıb meyxana deyəndə ondan çəkinirəm. Yolüstü keçib girir içəri, bilmir nə var, nə yox, danışıb çıxır bayıra, bu artıq alınmır”.

Atdığı hər adddımı yüz ölçüb bir biçən şou əhlindən fərqli olaraq, meyxanaçı insanları aldatmaq istəmədiyini etiraf edib:

“Mən gündəmi tutan mahnıların kütləsini təmin etmək istəyəndə, görürəm ki, onları təmin edəndə, onlar üçün yazanda bu birilərdən daha çox irəli gedir. Mən sırf o məqsədlə oturmuram ki, nə edim ki, oxuduğum mahnı, dediyim meyxana tutsun. Bu camaatı aldatmaq olarmı?”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR